Digər növlər

Karateçilərimiz üçün daha bir Premyer Liqa turniri

Karate üzrə Azərbaycan milli komandasının üzvləri 16-18 mart tarixlərində Hollandiyada Karate 1 Premyer Liqa turnirində iştirak edəcəklər. Dsport.az xəbər verir ki, baş məşqçi Şahin Xudaverdiyev özünün rəhbərliyi altında dünya reytinq cədvəlinin ilk əlli pilləsində olan idmançıların yarışda mübarizə aparmasına üstünlük verib.

Premyer Liqada Dubay turnirinin qalibi Rafael Ağayev (-75 kq), mükafatçılar Ayxan Mamayev (-84 kq), Nuranə Əliyeva (-50 kq), eləcə də Firdovsi Fərəzliyev (-60 kq), Niyazi Əliyev (-67 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi +84 kq), Roman Heydərov (kata), Fidan Teymurova (-50 kq) və İlahə Qasımova (-55 kq) medallar uğrunda tatamiyə çıxacaq.

Mötəbər turnirdə 74 ölkədən 683 idmançı çıxış edir.