Digər növlər

Təmsilçimiz yıxıldı, olimpiadada finişə çata bilmədi

Cənubi Koreyada təşkil olunan XXIII Qış Olimpiya Oyunlarında Azərbaycanın yeganə təmsilçisi olan Patrik Braxner ümidləri doğrultmayıb.

Dsport.az xəbər verir ki, dağ xizəkçiliyinin slalom növü üzrə mübarizə aparan avstriyalı idmançı finişə çata bilməyib. Buna onun yarışın əvvəlindəcə yıxılması səbəb olub.

Ümumilikdə, yarışın birinci raundunda iştirak edən 106 idmançıdan 52-si finişə çatıb. Onlar medalçıların müəyyənləşəcəyi ikinci mərhələyə qatılıblar. Həlledici mərhələdə daha inamlı təsir bağışlayan isveçli Andre Mürer bütün rəqiblərini qabaqlayıb. İsveçrəli Ramon Tsenhoyzern gümüş, avstriyalı Mixael Matt isə bürünc medal qazanıb.