Digər növlər

"Khazar Islands" yeni transferlərini təqdim etdi

Bu gün "Avesta Konsern MMC"-nin inzibati binasında "Khazar Islands" komandasının yeni transferlərinin təqdimat mərasimi keçirilib.

Tədbirdə öncə "Khazar Islands"in icraçı direktoru Fuad Qəmbərov çıxış edib, klubun yaranması və inkişaf siyasətindən danışdı.

Daha sonra komandanın baş məşqçisi Elnur Qəmbərov heyətlə bağlı fikirlərini bölüşdü. Həmçinin klubun əcnəbi oyunçulardan əvvəl heyətinə qatdığı millinin üzvü Elnur Zamanov təqdim edildi.

Bundan əlavə, ispan oyunçular Karlos Anos Rodrigez və Lolo Xarke, braziliyalılar Çiko Paulistayla Felipe Ribeyro ictimaiyyətə təqdim olundu.