Digər növlər

Başına top dəyən idmançı öldü

Vincent xəstəxanasında dərhal əməliyyat otağına aparılan Hughes komaya düşüb. Lakin o komadan çıxmadan dünyasını dəyişib

Sidneydə keçirilən kriket matçı faciə ilə nəticələnib. Başına kriket topu dəyən 25 yaşlı avstraliyalı idmançı Fil Hyus oyun zamanı ağır yaralanıb. 

Huşunu itirən Hyus yerə yıxılıb. Xəstəxanaya aparılan kriketçinin həyatını xilas etmək mümkün olmayıb.

Vincent xəstəxanasında dərhal əməliyyat otağına aparılan Hughes komaya düşüb. Lakin o komadan çıxmadan dünyasını dəyişib. 

Bu, indiyə kimi stadionda olan ən pis qəza adını qazanıb. 

Matçda meydana gələn hadisə nəinki Avstraliyanıı, eləcə də bütün dünyanı yasa salıb.