Digər növlər

Oba və Ebo, Tiba-Tuki və Eskindim, yoxsa Vinisius və Tom?

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanın təqdimat mərasimi keçirilib

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının talismanın təqdimat mərasimi keçirilib. Talismanlardan biri parlaq sarı rəngli pişiyəbənzər siması olan canlıdı. O, özlüyündə Braziliya faunasını tərənnüm edir.

İkinci talisman palma yarpaqlarını xatırladan saçları olan yaşıl varlıqdı. Təşkilatçılar talismanları özlərinin əsas qazanc mənbəyinə çevirmək niyyətindədi. Onlar atribut və suvenir satışından 398 milyon dollar qazanmağı nəzərdə tutublar. Lakin bu 2 rəmzin hələ adı yoxdu. Onların adları səsvermə ilə müəyyənləşəcək.

Azərbaycan millisinin də qatılacağı yarışın talismanları üçün 3 variant var. Bunlar Oba və Ebo, Tiba-Tuki və Eskindim, həmçinin, Vinisius və Tom adlarıdı. Azarkeşlər də bu adlar arasında seçim etməlidilər.

Seriallar və şouları ilə məşhur olan Braziliyada sarı və yaşıl talismanların iştirakı ilə xüsusi proqramın olması da nəzərdə tutulub.