Digər növlər

Üzgüçülərimiz dünya çempionatına qatılırlar

Azərbaycanın üzgüçülük üzrə milli komandası Qətərin Doha şəhərində keçiriləcək kiçik suda (25 metr su hovuzunda) dünya çempionatına qatılacaq

Azərbaycanın üzgüçülük üzrə milli komandası Qətərin Doha şəhərində keçiriləcək kiçik suda (25 metr su hovuzunda) dünya çempionatına qatılacaq. Bu barədə məlumatı Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən veriblər. Bildirildiyinə görə bu mötəbər yarışda ölkəmizi üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdulrəhmanovun rəhbərliyi altında ikisi qız, altısı oğlan olmaqla 8 idmançı təmsil edəcək. 

Dekabrın 3-7 tarıxlərində təşkil olunacaq dünya çempionatına milli komandamız aşağıdakı heyətlə yollanıb:

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdulrəhmanov
Üzgüçülük üzrə milli komandanın baş məsləhətçisi, məşqçi Viktor Jeltıkov
Üzgüçülük üzrə milli komandanın məsləhətçisi Serqey Kostyukov
Üzgüçülük üzrə milli komandanın məşqçisi Oleq Həşimov
Üzgüçülər:
Boris Kirilov - Üzgüçülük üzrə milli komandanın kapıtanı
Tsitilyuk Yulya
Mançinkova Anna
Cəfərov Kamran
Andreanov İvan
Kalminski Qriqoriy
Fazekaş Doriyan
Jeltikov Anton

Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdulrəhmanovun sözlərinə görə bu dünya çempionatına qatılmaqda əsas məqsəd idmançılarımızin beynəlxalq idman təcrübəsini artıqmaqdı:

"Bu üzgüçülər ölkəmizi 2015-ci ildə Bakıda keçiriləcək I Avropa oyunlarında təmsil edəcək. Bir idmançımızı, Boris Kirilovu çıxmaq şərti ilə qalan üzgüçülərin beynəlxalq turnir təcrübələri demək olar ki, yoxdur. Bu keyfiyyətləri idmançılarımıza aşılamaq məqsədi ilə bir neçə mötəbər turnirlərə qatəlmaq niyyətindəyık. Bildiyiniz kimi, bizim milli komandanın üzvləri yeniyetmələrdir. Ona görə də onların böyüklərin turnirində cox yüksək yerlər tutacaqlarına ümid etmirik. Amma öz nəticələrini yaxşılaşdırmaq və ən əsası da beynəlxalq idman təcrübəsi baxımından bu turnir vacıbdir" - deyə Rəşad Əbdulrəhmanov əlavə edib.

Məlumat üçün bildirək ki,  Üzgüçülük üzrə milli komandamız Doha şəhərində keçiriləcək dünya çempionatına Azərbaycan Gənclər və İdman Nazırlıyinin və Azərbaycan Üzgüçülük Federasıyasının dəstəyi ilə qatılıb.
Federasiyadan onu da bildiriblər ki, bu gün Qətərin Doha şəhərində Beynəlxalq Üzgüçülük Federasiyasının xətti ilə (FİNA)  Ümumdünya Üzgüçülük Konvensiyası ilə bağlı tədbir keçirilir. Bu mötəbər yığıncaqda ölkəmizi Azərbaycan Üzgüçülük Federasiyasının baş katıbı Fərid Bəniyarlı təmsil edir. 171 ölkənin nümayəndələrinin qatıldığı tədbirdə üzgüçülük idmanının inkişafı üçün vacib qərarların qəbul olunacağı gözlənilir.