Digər növlər

Azərbaycan yığması beynəlxalq turnirdə 2-ci oldu

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan futzal üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan yığması bu gün turnir çərçivəsində üçüncü oyununa çıxıb.

Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan futzal üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan yığması bu gün turnir çərçivəsində üçüncü oyununa çıxıb.

Meydan sahibi Özbəkistanla üz-üzə gələn futzalçılarımız inamlı qələbəyə seviniblər – 6:3. Millimizin qollarını dubla imza atan Borisov (4, 35), Amadeu (8), Bağırov (23), Eduardo (24), Fineo (38) vurub.

Bu qələbə Azərbaycan yığmasının turniri ikinci pillədə başa vurmasına şərait yaradıb. Millimiz ilk oyununda Qazaxıstana uduzmuş (1:4), ardından Belarusa qalib gəlmişdi (2:1).

Turnir cədvəlindəki son durumu təqdim edirik: Qazaxıstan – 7 xal, Azərbaycan – 6, Özbəkistan – 2, Belarus – 1.

Millimizin heyətində Covani Buranello Laersio, Rövşən Hüseynli, Rizvan Fərzəliyev, İsa Atayev, Rəcəb Fərəczadə, Namiq Məmmədkərimov, Ramiz Çovdarov, Samir Həmzəyev (hamısı “Araz”), Eduardo Mello (“Khazar Islands”), Seymur Məmmədov (“Ekol”), Xətai Bağırov (“Neftçi” İdman-Sağlamlıq Mərkəzi), Fernando Da Silva Amadeu (“Khazar Islands”), Fineo De Araujo (“Khazar Islands”) yer alıblar.