Digər növlər

Azərbaycan millisi Türkiyədə daha 3 qızıl medal qazandı

28-30 noyabr tarıxlərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil edilən G1 kateqoriyalı “Turkish open” başa çatıb

28-30 noyabr tarıxlərində Dünya Taekvondo Federasiyası (DTF) və Türkiyə Taekvondo Federasiyası (TTF) tərəfində təşkil edilən G1 kateqoriyalı “Turkish open” başa çatıb. Bu yarışda ölkəmizi, klublardan yalnız "Neftçi İSM" və "Gilan T.K"-nın üzvləri milli komandanın tərkibində qüvvələrini sınayıblar.

Milli komanda turnirdə 38 idmançı və məşqçi heyəti ilə iştirak edib. Azərbaycanı təmsil edən taekvondoçularımız aktivlərinə 10 medal əlavə ediblər. Bunlardan İlham əliyev (-45 kq), İlayda Kardelen (-44 kq), Gülhanım Yeşildal (-55 kq) qızıl, Mikayıl Əliyev (-58 kq), Əli İsazadə (-45 kq) gümüş, Ceren Özbək  (-46 kq), Gülsüm Gültekin (-59 kq), Ramin Əzizov (-80 kq), Bayraməli Vəliyev (-87 kq) və Radik İsayev (-87 kq) yarışı bürünc medalla başa vurub.

Yarışda hakimlər qismində ölkəmizi hakimlər komitəsinin baş hakimi, beynəlxalq dərəcəli hakim Elşən Quliyev və Elşad Məmmədov təmsil edib. (ATF)