Digər növlər

Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlandı

Xüsusilə karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Parka qalib gəlib

Azərbaycanlı K-1 döyüşçüsü Zabit Səmədovun növbəti döyüşünün vaxtı açıqlanıb. 

Zabit dekabr ayının 29-da yaponiyalı Ueharaya qarşı rinqə çıxacaq. K-1 üzrə Qran-Pri Tokioda keçiriləcək. 

Uehara qara kəmər ustası, ağır çəkidə dəfələrlə K-1 yarışlarının iştirakçısıdı. O, Yaponiyanın yerli yarışlarından bir çoxunda qalib gəlib. Xüsusilə karyerası ərzində K-1 yarışlarında Las Veqas çempionu Stefan Leko və Cənubi Koreyanın taekvondo millisinin üzvü Yanq Su Parka qalib gəlib.

“Mauqli” ləqəbli məşhur azərbaycanlı Zabit Səmədov isə sonuncu döyüşünü oktyabrın 16-da Dubay şəhərində “Global Fighting Championship” (GFC) adlı turnirdə keçirib. O, iranlı döyüşçü Cəfər Əhmədiyə qarşı çətin keçən döyüşdə xal hesabı ilə qalib gəlib.