Digər növlər

Putinə 8-ci dan qara kəmər verildi

Rusiya prezidenti Vladimir Putinə Kekusin-kan karate növü üzrə 8-ci dan qara kəmər verilib. Bu haqda beynəlxalq təşkilatın rəhbəri Xatsuo Royama Putinə məktub göndərib

Rusiya prezidenti Vladimir Putinə Kekusin-kan karate növü üzrə 8-ci dan qara kəmər verilib. Bu haqda beynəlxalq təşkilatın rəhbəri Xatsuo Royama Putinə məktub göndərib.

O, bu idman növünün inkişafına töhfə verdiyi üçün Rusiya prezidentinə təşəkkür edib. Putinə 8-ci dan qara kəməri bu ilin dekabrında Moskvada təqdim olunacağı güzlənilir.

Kekusin-kan karate növü üzrə usta olan Xatsuo Royama 2001-ci ildə Vladimir Putinə Kekusin-kan karate növü üzrə 5-ci dan verib. 2009-cu ildə onu 7-ci danla əvəzləyiblər.

Cüdo və sambo üzrə idman ustası olan Rusiya prezidenti 2006-cı ildən Avropa Cüdo Federasiyasının fəxri prezidentidi.