Digər növlər

Millimizin üzvü Açıq Asiya Kubokunun qızıl medalını qazandı

Azərbaycan triatlon yığmasının üzvü Rostislav Pevtsov Honq Konq şəhərində təşkil olunan sprint üzrə Açıq Asiya Kuboku yarışlarında qızıl medal qazanıb.

Dsport.az xəbər verir ki, 750 metrlik su məsafsini idmançımız 09:33 vaxt çərçivəsində başa vurub. Ardınca isə 20 kilometrlik velodistansiyanı 29:14 nəticəsilə qət edib. Nəhayət, yarışların son mərhələsi - 5 kilometrlik qaçış zolağını R.Pevtsov 15:09 nəticəsilə başa vurub. Ümumi hesablamada R.Pevtsov 56:39 vaxt göstəricisilə birinci yerə layiq görülüb.

Qadınların mübarizəsində isə komandamızın üzvü Kseniya Levkovskaya 1 saat 04 dəqiqə 29 saniyəlik nəticə ilə 4-cü olub.

Xatırladaq ki, carı mövsümdə Pevtsov Las-Palmasda keçirilən Avropa Kubokunun qalibi olub, Rabat şəhərində təşkil olunan Açıq Afrika Kuboku yarışlarında qızıl medal qazanıb. Eyni zamanda Çinin Çenqdu şəhərində keçirilən Dünya Kubokunda 2-ci olub. Avropa Kuboklarının ümumi hesabında isə Rostislav gümüş medalı qazanıb.