Digər növlər

Azərbaycan millisi beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırıldı

Ağır atletika üzrə Azərbaycan yığması bir il müddətinə beynəlxalq yarışlarda iştirakdan kənarlaşdırılıb.

Dsport.az xəbər verir ki, bu barədə Beynəlxalq Ağır Atletika Federasiyasının İcraiyyə Komitəsi qərar qəbul edib. 

Qurumun rəsmi saytının yaydığı məlumata görə, Azərbaycan yığması ilə yanaşı beynəlxalq turnirlərdə Qazaxıstan, Rusiya, Belarus, Ermənistan, Türkiyə, Ukrayna və Moldova idmançıları da iştirak edə bilməyəcəklər. Bu ölkələrin milli komandaları 28 noyabr - 5 dekabr aralığında ABŞ-ın Anahaym şəhərində keçiriləcək dünya çempionatını buraxmalı olacaqlar.