Digər növlər

AVİF rəsmiləri prezident seçkisində

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) yeni prezidenti müəyyənləşib. 

Dsport.az xəbər verir ki, qurumun Norveçin Bergen şəhərində baş tutan 186-cı Konqresində fransalı David Lappartyen bu posta seçilib. O, 33 səslə qalib olub. 2013-cü ildən İttifaqa rəhbərlik edən britaniyalı Brayan Kuksona isə 8 nəfər səs verib.

David Lappartyen 2013-cü ildən Avropa Velosipedçilər İttifaqının (UEC) prezidenti postunu tutur. Qeyd edək ki, Konqresdə Azərbaycanı Velosiped İdmanı Federasiyasının I vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin (UEC) Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərovla baş katib Fərhad Əliyev təmsil edib.

Fərhad Əliyev UEC-in səs hüququna malik 15 səlahiyyətli nümayəndəsindən biri kimi UCİ prezidenti seçkisində iştirak edib.