Digər növlər

Azərbaycan idmançısı dünya reytinqində 14-cü pillədə

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Beynəlxalq Triatlon İttifaqı idmançıların növbəti reytinq cədvəlini açıqlayıb.

Dsport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Rostislav Pevtsov 3361,61 xalla 14-cü pillədə qərarlaşıb.

Reytinq cədvəlinə ispaniyalı Mario Mola rəhbərlik edir. Onun hesabında 7128.83 reytinq xalı var. CAR-dan olan Riçard Murrey ikinci (6001.02), İspaniyanın digər təmsilçisi Fernando Alarsa üçüncüdü (5752.42).