Digər növlər

Ayxan Tağızadə erməni üzərində qələbə ilə finalda!

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilib

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvondo idman növü üzrə yarışlara start verilib.

Dsport.az xəbər verir ki, yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvondoçumuz mübarizə aparıb.

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, Böyük Britaniyalı Jacob Barnettə 17:9, Xavier Perezə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb. Final uğrunda qarılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan, finalda rusiyalı taekvondoçu Boris Krasnovla döyüşəcək.

Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malcom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.