Digər növlər

Ramil Quliyevdən daha bir qızıl medal

Azərbaycanlı atlet Ramil Quliyev növbəti qızıl medalını qazanıb.

Azərbaycanlı atlet Ramil Quliyev növbəti qızıl medalını qazanıb. 

Dsport.az xəbər verir ki, Türkiyə millisinin üzvü olan həmyerlimiz Britaniyanın Birmingem şəhərində keçirilən “Brilliant Liqa” yarışlarında 200 metr məsafəyə qaçışda birinci olub. 20,17 saniyə nəticə göstərən Ramil qızıl medal qazanıb. İkinci yeri ABŞ idmançısı Amir Uebb (20,26 saniyə), üçüncü yerə isə kanadalı Aaron Braun (20,30 saniyə) tutub. 

Qeyd edək ki, Ramil Quliyev avqustun 11-də Londonda atletika üzrə dünya çempionatında da qızıl medal qazanmışdı.