Digər növlər

UFC çempionunun kokain istifadə etdiyi ortaya çıxdı

Ağır çəki dərəcəsində UFC çempionu olan Con Consun UFC 182-dəki Deniel Kormierlə görüşdən öncə aparılan testinin nəticələri pozitiv çıxıb.

Consun kokain istifadə etdiyi ortaya çıxıb.

O, dekabrın 3-də yoxlanışdan keçmişdi. Nəticələrin isə artıq 23 dekabrda müəyyənləşdiyi bildirilir. Test benzoilekqonin yönündən pozitiv çıxıb. Ancaq Dünya Antidopinq Agentliyinə görə, bu, onun müsabiqələrdə yer almasına maneə törətməməlidi.

Consun Kormierlə görüşdəki nəticəsində dəyişiklik edilməyib. Onun rehabilitasiya mərkəzində müalicə alacağı gözlənilir.