Digər növlər

Tarixin 8 ən qeyri-adi mərci

Bukmeker biznesi inkişaf etdikcə mərcsevərlərin seçimlərinin sayı da gündən-günə artır.

Onlar artıq kifayət qədər qeyri-adi görünən şeylərə mərc oynayıb, əvəzində milyonlar qazana bilərlər. Ancaq əldə olan məbləği itirmək ehtimalı təbii ki, daha böyükdü. Gəlin, 8 ən qəribə və bir o qədər də maraqlı mərcə nəzər salaq.

İnsan övladının Aya gedəcəyi ilə bağlı mərc. 1964-cü ilin aprelində Devid Trelfoll adlı bir ingilis “William Hill” bukmeker kontorunda 1970-ci ilin yanvarına qədər hansısa insanın Aya uçacağına dair 10 funt dəyərində (Trelfollun həftəlik qazancı bu qədər təşkil edirmiş) mərc edib. Bunu bilən dostları ona istehza ilə gülüblər. 1001 əmsal ilə qiymətləndirilən mərcə kim inanardıkı?  Ancaq 1969-cu ilin 20 iyulunda Nil Armstronq və onun “Apollon-11”i Aya ayaq basanda vəziyyət Trelfollun xeyrinə dəyişib. Bir anda varlanan Trelfollun sevinci qısa çəkib. Həmin pulla özünə idman avtomobili alan ingilis mərcsevər bir il sonra qəzaya düşüb və aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Gözlənilən yadplanetlilər və Armaqeddon. Bildiyiniz kimi, qorxu insan hissləri arasında ən qədimi və ən güclüsüdü. Və eyni zamanda ən qədim və güclü qorxu isə sirli şeylərə qarşı olan qorxudu. Bir müddət öncə ən məşhur mərclərdən biri də insanların nə vaxtsa yadplanetlilərlə rastlaşıb-rastlaşmayacağı ilə əlaqədar idi. Hətta illər öncə rokun kralı Elvis Preslinin Lox-Ness gölünə düşəcəyi və yerli əjdahanı öldürəcəyi ilə bağlı pul qoyuluşları qəbul olunurdu.

Bir neçə il öncə kollayder və Maya təqvimi ilə əlaqədar olaraq insanlar arasında dünyanın sonu ilə bağlı pul qoyuluşu edənlərin sayı artmışdı. Daha sonralar 2012-ci ilin 21 dekabrında dünyanın dağılacağına 666 əmsal verilirdi. Bu əmsal 2000-lərin əvvəllərində 10 milyona yaxın idi. Hamını bir sual maraqlandırır. Tutaq  ki, dünya dağıldı, bəs uduşlar necə veriləcəkdi? Təəssüf ki, heç kim Armaqeddonun olmayacağına dair pul qoyuluşu qəbul etmirdi.

Son illərdə yadplanetlilərin gəlişinə verilən əmsallar azaldıqca insanların marağı da azalıb. "Ladbrokes"in reklam kompaniyası İngiltərədə yadplanetlilərə qarşı nə etmək lazım olduğu ilə bağlı satışa çıxan kitabla bir vaxta təsadüf etmişdi. Bu səbəbdən 2016-cı ilə qədər humanoidlərin müdaxiləsinə cəmi 102 əmsal verilir.

7 milyonun əvəzinə 30 funt. Dünyanın bir çox ölkəsində, xüsusilə də Böyük Britaniyada hava proqnozu ilə əlaqədar pul qoyuluşları qəbul olunur. 2009-cu ildə Milad bayramında Qlazqoya qar yağdı, hansı ki, 2004-cü ildən sonra sözügedən şəhərdə (25 dekabrda) qara rast gəlinməmişdi. "William Hill" bukmeker kontoru bu qarın əvəzində böyük məbləğli uduşlar ödəmək məcburiyyətində qalmışdı.

Sauthemptonda yaşayan Kliff Brayantı isə 2010-cu ildə əsl sürpriz gözləyirdi. O, "Ladbrokes"də iki ekpress yazmışdı. Birinci kuponda Milad günü eyni zamanda 13 şəhərə qar yağacağını təxmin edən Brayant ikinci ekspressdə isə 11 şəhərdə oxşar vəziyyətin yaranacağına dair pul qoyuluşu etmişdi. Hər şey onun istədiyi kimi olmuş və ingilis mərcsevərin ümumi uduş fondu 7,1 milyon funt sterlinq təşkil etmişdi. Ancaq "Ladbrokes" Brayanta 7,1 milyon funt sterlinq əvəzində cəmi 30 funt ödəmişdi.

Kontorun nümayəndəsi mətbuat nümayəndələrinə hadisəni belə izah etmişdi:

"Qaydalarda hava proqnozu ilə əlaqədar yalnız ordinar mərc qəbul edilməli olduğu qeyd olunub. Ancaq bizim kassir ekspress pul qoyuluşunu təsdiqləmişdi. Cənab Brayantdan üzr istəyirik. Yəqin ki, bu, onun üçün elə də ağır olmayacaq".

Yeri gəlmişkən, bu, "Ladbrokes"lə bağlı ilk belə hal deyil.

Hər şey "Dallas"dan başladı. Televiziyanın həyatımızın bir parçasına çevrildiyi günlərdə təbii ki, hər hansısa TV proyektlərinə edilən pul qoyuluşlarının sayı da artıb. Bəziləri "Oskar"ı kimin qazanacağına dair, bəziləri isə "Nə? Harada? Nə vaxt?" ilə bağlı mərc edirlər. Bu istiqamətdə əsas tədqiqatçı "William Hill" hesab olunur. Sözügedən kontor 1980-ci ildə məşhur "Dallas" serialının növbəti mövsümünün necə bitəcəyinə dair pul qoyuluşu qəbul edirdi. 

Yeri gəlmişkən, Avroviziya-2014-də Konçitaya mərc edən şəxs qoyduğu məbləği üç dəfə artıra bilmişdi. Əgər siz II Yelizavetanın yaxın zamanlarda taxtından üz döndərib "Strictly Come Dancing" verlişinin aparıcısı Brus Forsaytı əvəz edəcəyini düşünürsüzsə, mərc etməyə tələsin. 50 001 əmsal həyatınızı dəyişə bilər.

Siyasi döyüşlər. Siyasətdən kənar bir şey varmı? Siyasi seçkilərə olan maraq heç vaxt azalmır və bukmekerlər də bundan öz xeyirlərinə istifadə etməyi bacarırlar. İstənilən sivil ölkədə keçirilən seçkilərdə istədiyiniz namizədin qalib gələcəyinə dair pul qoyuluşu edə bilərsiniz. Fantaziya sərhəd tanımır. Məsələn, 1996-cı ildə ingilis bukmekerləri insanlara "Official Monster Raving Loony Party"nin namizədinin Böyük Britaniyanın baş naziri seçiləcəyinə dair mərc təklif edirdilər. Hadisənin reallaşma ehtimalı 1-ə 15 milyon nisbətinə dəyərləndirilirdi. Britaniyanın seks-bombası Keti Praysın baş nazir olma ehtimalına inanırsınızsa, tələsin. 20 001 əmsalı hələm-hələm tapmaq olmur.

Yeti mövcuddu?. 1988-ci ildə məşhur alpinist Kris Bonninqton "William Hill"də pul qoyulu etmiş və dərhal Himalay dağlarına doğru yola düşmüşdü. O, ekspedisiyadan Yetilərin mövcud olduğuna dair dəlillərlə qayıdacağını iddia edirdi. Ekspedisiyadan qayıdan Bonninqton əlində Yetilərin mövcud olmasına dair sübutların olduğunu, ancaq onların London aeroportunun işçiləri tərəfindən yoxa çıxarıldığını bildirirdi.

İndiki günlərdə reallaşması daha mümkün görünən bir şeyə mərc edib yüksək məbləğlər qazana bilərsiniz. Söhbət nədən gedir? Cavab sadədi: mamontların klonlaşdırılması. İrland bukmeker kontoru "Paddy Power" 2016-cı ilə qədər bu maraqlı iddia ilə bağlı pul qoyuluşu qəbul edir. Əmsal 3,15-di.

100 yaşında ata olmaq. Qan qohumluğu ilə bağlı pul qoyuluşları da bir ara geniş yayılmışdı. 10 il bundan öncə bukmeker kontorları Maykl Cekson və bacısı La Toya Ceksonun eyni insan olduğuna dair pul qoyuluşu qəbul edirdilər. Əmsal cəlbedici idi: 501. Bu sualın ortaya çıxmasının ən böyük səbəbi o zamanlar La Toya və Mayklın bir yerdə görüntülənməmələri idi. 

Ağlasığmazdı, ancaq amerikalı Con Riçardson öz uduşunu gözləyə bilər. 1995-ci ildə 55 yaşı olan Riçardson 2040-cı ildə ata olacağına dair mərc edib. Əmsal 100-dü. Sözügedən ildə onun 100 yaşı tamam olacaq. Ancaq niyə də olmasın? Daha öncə hindistanlı Ramjit Rajav 96 yaşında ata olmuşdu.

Üç nömrəli buzkalter və 100 min dollar. Əlbəttə, ən ağlasığmaz mərclərdən danışmaq asan deyil. Ancaq onlardan biri xüsusi diqqət çəkir. Sözügedən mərcin digər maraqlı tərəfi isə bukmeker kontorunun iştirakı olmadan edilməsidi. 1997-ci ildə məşhur blekcek oyunçusu kanadalı Brayan Zembik sinəsinin ölçüsünü böyüdəcəyini və üç nömrəli buzkalter taxacağına dair mərc edib. O, dediyini edəcəyi təqdirdə 100 min dollar qazanacaqdı.

"Niyə də olmasın? Sinə qadını bəzən cəlbedici göstərə bilir" - deyən Zembik əməliyyatı reallaşdıran həkimə haqqı olan 4 500 dolları ödəməmişdi. Çünki cərrah Zembiklə daha öncə əməliyyatın xərcindən mərcə girmiş və uduzmuşdu. Sonda Zembik dediyinə əməl etdi və 100 min dollar qazandı.

Zembikin yaxın dostlarından olan məşhur qumarbaz Hak Sid isə dostlarından biri ilə okean suyunda çiyinləri üstdə 18 saat qalacağına dair 50 min dollarlıq mərc etmişdi. Ancaq Zembikdən fərqli olaraq, 3 saat suda qala bilən Hak mərci uduzmuşdu.

Tərcümə: Rüfət Məcidzadə - Dsport.az

Mənbə: Sports.ru