Digər

Pele ömürlük müqaviləyə imza atdı

Dünya futbolunun canlı əfsanəsi Pele Braziliyanın "Santos” klubu ilə ömürlük müqavilə imzalayıb.

Dünya futbolunun canlı əfsanəsi Pele Braziliyanın "Santos” klubu ilə ömürlük müqavilə imzalayıb.

Anlaşmaya əsasən  klub 74 yaşlı keçmiş oyunçunun  simasından və adından  bütün məhsullarında istifadə edə  biləcək.

Pele klubun rəsmi saytına bunları deyib: "Gənc olanda bu klub mənə inandı. "Santos" məni böyük insan etdi. Mən harda oluramsa olum bu klub həmişə mənimlədi".

Pele 1956-1974-cü illərdə "Santos”un şərəfini qoruyub və oynadığı 638 matçda 619 qol vurub.

Hazırda Pele San-Paulo xəstəxanalarından birində müalicə alır. O, sidikqovucu yolların yoluxucu xəstəliyinə görə noyabrın sonunda xəstəxanaya yerləşdirilmişdi. Əfsanəvi braziliyalının vəziyyəti yaxşıdı, yaxın günlərdə evinə buraxılacaq.