Digər

Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

Türkiyəli məşhur mütəxəssis, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizlinin yeni iş yeri müəyyənləşib.

Dsport.az xəbər verir ki, o, Cənubi Azərbaycanın “Traktorsazi” klubu ilə razılığa gəlib. 68 yaşlı mütəxəssis hələ bir neçə gün öncə yerli mətbuata açıqlamasında bu klubdan təklif aldığını açıqlamışdı. Bu gün isə qardaş ölkə mətbuatı onun “traktorçular”la razılığa gəldiyini yazıb.

Məlumata görə, Dənizli bu komandanı mövsümün sonuna kimi çalışdıracaq. O, 11 oyunluq müqavilə üçün 400 min dollar alacaq.

Təbriz klubu cari mövsümdə uğursuz çıxışı ilə diqqət çəkir. Sözügedən komanda İran çempionatının geridə qalan 19 turundan sonra 21 xalla 11-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, Dənizli 2013/14 mövsümündə “Xəzər Lənkəran”ın “sükanı arxasında” çalışıb.