Digər

Ronaldo və Messi yenə ən yaxşı ola bilmədi

Beynəlxalq İdman Jurnalistləri Assosiasiyası (AİPS) 2017-ci ildə dünyanın ən yaxşı idmançılarını açıqlayıb.

Dsport.az xəbər verir ki, 112 ölkədən 517 jurnalistin qatıldığı sorğuda həm qadın, həm də kişi idmançıların siyahısı açıqlanıb.

Ötən il olduğu kimi, bu dəfə də ilk yerləri tennisçilər Roje Federer və Serena Uillyams tutub. Futbolçular Kristiano Ronaldo və Lionel Messi isə uyğun olaraq 2 və 3-cü yerləri tutublar.

Hər iki kateqoriyada ilk 10 yeri tutan idmançıların siyahısı belədi:

Kişilər
1. Roje Federer (tennis) - 928 (19.94%)
2. Kristiano Ronaldo (futbol) - 788 (16.94%)
3. Lionel Messi (futbol) 530 (11.39%)
4. Luis Hamilton (formula 1) - 358 (7.69%)
5. Rafael Nadal (tennis) - 351 (7.54%)
6. Fara Mo (atletika) - 337 (7.24%)
7. Tedi Riner (cüdo) - 197 (4.23%)
8. Marsel Hirşer (dağ-xizək idmanı) - 191 (4.1%)
9. Kevin Durant (basketbol) - 163 (3.5%)
10. Neymar (futbol) - 157 (3.37%)

Qadınlar
1. Serena Uilyams (tennis) - 651 (13.99%)
2. Katinka Hossu (üzgüçülük) - 631 (13.56%)
3. Allison Feliks (atletika) - 495 (10.64%)
4. Keti Ledeki (üzgüçülük) - 442 (9.5%)
5. Qarbine Mugurusa (tennis) - 351 (7.54%)
6. Mikaela Şiffrin (dağ-xizək idmanı) - 303 (6.51%)
7. Like Martens (futbol) - 290 (6.23%)
8. Sara Syostrom (üzgüçülük) - 265 (5.7%)
9. Tiam Nafissatu (athletika) - 258 (5.54%)
10. Sandra Perkoviç (athletika) - 214 (4.6%)