Digər

Ziya Əzizov oynamadı, komandası uduzdu

Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 18-ci turun oyunları keçirilib.

Dsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi “Den Boş” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Fortuna Sittard” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:4.

Əzizov bu görüşün iştirakçısı olmayıb. O, matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

"Den Boş" hazırda 27 xalla 20 klub arasında 8-ci pillədə qərarlaşıb.