Digər

Afrika derbisində faciə: ən azı 2 ölü

Cənubi Afrika Respublikasında (CAR) keçirilən derbi matçı faciə ilə nəticələnib.

Cənubi Afrika Respublikasında (CAR) keçirilən derbi matçı faciə ilə nəticələnib.

Hadisə "Kayzer Çifs" və "Orlando Pirates" klubları arasında baş tutan görüşdə qeydə alınıb. DÇ-2010 zamanı yenilənən 87 min nəfər azarkeş tutumuna malik FNB stadionunda keçirilən matç zamanı hələ də bəlli olmayan səbəblər üzündən azarkeşlər arasında izdiham yaşanıb. Yerli mətbuatın məlumatına görə, izdiham zamanı ayaqlar altında qalan ən azı iki azarkeş dünyasını dəyişib. Yaralı sayı isə daha çoxdu.

Soueto derbisi adı verilən bu iki komandanın oyununa gəlincə, "Kayzer Çifs" sonda meydanı 1:0 hesablı qələbə ilə başa vurub. 

2001-ci ildə bu iki klub arasında Ellis Park stadionunda baş tutan oyun zamanı da 43 tərəfdar ölmüşdü.