Digər

Millimizin qapıçısı Avropa Liqası üçün sifariş olundu

Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin qapıçısı Kamran Ağayevi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları üçün UEFA-ya sifariş edib.

Çexiyanın "Mlada Boleslav" klubu yeni transferi - millimizin qapıçısı Kamran Ağayevi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin oyunları üçün UEFA-ya sifariş edib.

Ağayevin adı Albaniyanın "Skenderbeu" klubu ilə oyunlar üçün iştirak ərizəsinə daxil edilib.

31 yaşlı əlcək sahibi 30 nömrəli formada çıxış edəcək. O, komandasının albanlarla görüşə hazırlığında da iştirak edir.

Qeyd edək ki, "Mlada" - “Skenderbeu” matçı bu gün Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Baş məşqçi Duşan Uhrinin şans verəcəyi halda, Kamran bu gün yeni komandasında debüt etmək fürsəti qazanacaq.