Digər

Şeydayev sabiq klubu ilə 7 qolluq matçın iştirakçısı oldu

Slovakiyanın "Jilina" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Slovakiyanın "Jilina" klubu yoxlama oyununda qüvvəsini sınayıb.

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu sözügedən kollektiv futbolçumuzun sabiq klubu - Türkiyə "Trabzonspor"u ilə qarşılaşıb.

7 qolun vurulduğu matç Slovakiya çempionunun məğlubiyyəti ilə başa çatıb - 3:4. Ramil fasilədən sonra meydana çıxıb və sabiq klubuna qarşı 45 dəqiqə oynayıb.

Qeyd edək ki, Şeydayev müqavilə ilə məhz "Trabzonspor"a məxsusdu. O, "Jilina"da icarə əsasında oynayır.