Cüdo

Elmar Qasımov: "Tatamiyə çıxarkən rəqibimdən başqa heç nəyi düşünmürəm"

Azərbaycanın cüdo üzrə dünya ikincisi Elmar Qasımov Bakı-2015-də doğma divarlar arasında qızıl medala sahib olma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb.

Azərbaycanın cüdo üzrə dünya ikincisi Elmar Qasımov Bakı-2015-də doğma divarlar arasında qızıl medala sahib olma planları üçün diqqət və xüsusi məşqlərin əsas amil olduğunu açıqlayıb.

Öz çəki dərəcəsində dünya reytinqində ikinci sırada qərarlaşan Qasımov Mərakəşdə keçirilən "Usta idmançılar arasında" yarışı, Samsunda keçirilən Qrand-pri yarışları və Tibilisidə keçirilən Qrand-pri yarışları da daxil olmaqla 2015-ci ildə üç qızıl medal qazanıb. İyirmi dörd yaşlı idmançı 2015-ci ilin may ayında Bakıda keçirilən "Böyük dəbilqə" yarışında gümüş medala sahiblənib. 2014-cü ildə Rusiyanın Tümen Şəhərində təşkil olunmuş "Böyük dəbilqə" yarışında Qasımov qızıl medal qazanıb. Bakı-2015 Avropa Oyunlarının veb-saytı üçün hazırlanmış video-çarxda cüdoçumuz bildirib:

“Diqqəti qələbəyə yönəltmək və xüsusi məşqlər qızıl medala sahib olmaq üçün əsasdı”.

Tatamiyə çıxarkən rəqibimdən başqa heç nəyi düşünmürəm. Tatamidə olarkən hər şeyi unuduram, həyəcanlanmıram.

Bakıda keçiriləcək ilk Avropa Oyunları çox ilhamvericidi”.

Cüdo yarışları iyun ayının 25-dən başlayaraq dörd gün ərzində Heydər Əliyev adına İdman Mərkəzində keçiriləcək.