Cüdo

Azərbaycan yığması medalsız qaldı

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən cüdo üzrə "Böyük Dəbilqə" turnirinə yekun vurulub.

Turnirdə iştirak edən Azərbaycan yığması medal üzünə həsrət qalıb. İlqar Müşkiyev, Orxan Səfərov (hər ikisi 60 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Abdulhaqq Rəsullu (81 kq), Məhəmmədəli Mehdiyev, Firudin Dadaşov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və Kifayət Qasımova (57 kq) mükafatçılar sırasına düşə bilməyiblər.