Cüdo

Rəşad Yelkiyev Avropa birinciliyində bürünc medal qazandı

Macarıstanın Qyor şəhərində 23 yaşadək cüdoçular arasında Avropa çempionatı keçirilir.

Dsport.az xəbər verir ki, millimiz mötəbər yarışın ilk günündə aktivinə bir medal yazdırıb.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rəşad Yelkiyev bürünc medal qazanıb.

Qeyd edək ki, 37 ölkədən 297 (178 oğlan, 119 qız) cüdoçunun qüvvəsini sınadığı qitə çempionatında Azərbaycan millisi 12 cüdoçu ilə təmsil olunur.