Cüdo

Rövnəq Abdullayev təlim-məşq bazasının açılışında

Azərbaycan Cüdo Federasiyasının (ACF) Sumqayıt təlim-məşq bazasının açılış mərasimi keçirilib.

Dsport.az xəbər verir ki, açılışda Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, ACF-nin prezidenti Rövnəq Abdullayev, gənclər və idman naziri Azad Rəhimov, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və "Azərikimya" İB-nin sədri İmran Arzumanzadə iştirak edib.

Qonaqlar tibb otağı, trenajor zalı, paltardəyişmə otaqları ilə tanış olublar, məşq zalında yeniyetmə cüdoçular məşq elementlərini izləyiblər.

Zakir Fərəcəv Vizerə onun yağlı boya ilə çəkilmiş portretini və Sumqayıtın rəmzi sayılan göyərçin suvenirini hədiyyə edib.