Cüdo

Cüdo yığmamız DÇ-nin ilk günündə medalsız qaldı

Bu gün Bakıda cüdo üzrə dünya çempionatına start verilib.

Dsport.az xəbər verir ki, ilk yarış günündə üç idmançımız mübarizə aparıb.

Qadınlarda Aişə Qurbanlı (48 kq) və kişilərdə Orxan Səfərov (60 kq) 1/8 finalda mübarizəni dayandırıb.

60 kq çəki dərəcəsində yarışan digər idmançımız Kəramət Hüseynov isə yalnız 1/4 finalda büdrəyib.

Bu üzdən də o, təsəlliverici yarışlara qatılıb. Hüseynovun rəqibi KXDR idmançısı Yonq Qvan Kim olub. Kəramət KXDR idmançısını ipponla məğlub edib. 

Lakin o, bürünc medal uğrunda görüşdə Orxan Səfərova da qalib gəlmiş gürcü Amiran Papinaşviliyə vazari balı hesabına uduzub. Nəticədə, cüdoçumuz 5-ci yerlə kifayətlənməli olub.

Qeyd edək ki, Kəramət Hüseynov Olimpiya çempionumuz Elnur Məmmədlinin bacısı oğludu.