Cüdo

4 idmançı, 3 medal

Əbu-Dəbidə keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri Azərbaycan yığması üçün uğurlu alınıb.

Millimizin heyətində ən yaxşı nəticəni 60 kq çəki dərəcəsində mübarizə aparan Orxan Səfərov göstərib. O, finalda Amartuvşin Daşdavaaya (Monqolustan) qalib gələrək qızıl medallara sahib çıxıb.

Ölkəmizə növbəti medalı 66 kq çəki dərəcəsində tatamiyə çıxan Tərlan Kərimov qazandırıb. Finalda Dmitri Şerşana uduzan Tərlan gümüş medalla kifayətlənib.

Onlarla yanaşı, komandamıza daha bir mükafatı İlqar Müşkiyev qazandırıb. O, 3-cü yer uğrunda görüşdə ispaniyalı Fransisko Qarriqosa qalib gəlib.

Vüqar Şirinli (66 kq) isə 1/8 finalda mübarizəni dayandırıb. O, almaniyalı Sebastian Seidllə dueldən məğlub ayrılıb.