Cüdo

Millimiz AÇ-ni iki medalla başa vurdu

İsraildə keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb. Mötəbər yarışın sonuncu günü milli komandamız aktivinə bir medal yazdırıb.

Dsport.az xəbər verir ki, -100 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Zelim Kotsoyev qitə çempionatında bürünc medal qazanıb. 

Qeyd edək ki, aprelin 27-də Hidayət Heydərov Avropa çempionatını ikinci yerdə başa vurmuşdu. 

Beləliklə Azərbaycan millisi Tel-Əvivdə 2 medal qazandı.