Cüdo

Yığmanın heyətində dəyişiklik edildi

Cüdo üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

Cüdo üzrə Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Millmiz sabah Yaponiyanın paytaxtı Tokioda start götürəcək “Böyük Dəbilqə” turnirində 14 idmançı ilə deyil, 10 cüdoçu ilə təmsil olunacaq.

Baş məşqçi Hacıağa Hacıəhmədov qadınlarda Leyla Əliyeva (48 kq), kişilərdə isə Vüqar Şirinli (66 kq), Ramin Qurbanov (90 kq) və Elxan Məmmədovu (100 kq) siyahıdan çıxardıb. Diqqət çəkən digər məqam isə Məhəmmədəli Mehdiyevin 90 kq çəki dərəcəsində tatamiyə çıxacağıdı. O, daha öncə 81 kq-da mübarizə aparırdı.