Cüdo

Yaponiyaya yollanacaq heyət məlumdu

Dekabrın 5-də Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

Dekabrın 5-də Yaponiyanın paytaxtı Tokio şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

Sözügedən yarışda Azərbaycan millisi də iştirak edəcək. Yığmamızın baş məşqçisi Hacıağa Hacıəhmədov artıq 14 nəfərlik siyahını açıqlayıb.

Kişilər: Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi 60 kq), Vüqar Şirinli (66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Məhəmmədəli Mehdiyev, Abdulhaqq Rəsullu (hər ikisi 81 kq), Ramin Qurbanov, Firudin Dadaşov (hər ikisi 90 kq), Elxan Məmmədov, Elmar Qasımov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq).

Qadınlar: Leyla Əliyeva (48 kq), Kifayət Qasımova (57 kq).

Yarışda ümumilikdə 515 (318 kişi, 197 qadın) idmançı iştirak edəcək.