Cüdo

Millimiz Avropa Kubokunu 7 medalla başa vurdu

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışı başa çatıb.

Dsport.az xəbər verir ki, beynəlxalq turnirdə 81 kq çəki dərəcəsində mübarizə aparan Murad Fətiyev bürünc medal qazanıb. 

Beləliklə gənc cüdoçularımız Avropa kuboku yarışını 7 medalla başa vurublar. Turnirin ilk günü Rövşən Əliyev (55 kq) qızıl, Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb. 

Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparıb.