Cüdo

Cüdoçumuzdan Avropa kubokunda qızıl medal

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avropa kuboku yarışının ilk günündə gənc cüdoçularımız 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıblar. 

Dsport.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Rövşən Əliyev bütün rəqiblərinə qalib gələrək çempion olub. Balabəy Ağayev (55 kq), Ramilə Əliyeva (48 kq), Yaşar Nəcəfov (60 kq) gümüş medal əldə edib. Əhməd Yusifov (60 kq) və Gültac Məmmədəliyeva Sankt-Peterburqda bürünc medala layiq görülüb.

Qeyd edək ki, Avropa kuboku yarışında qitənin 17 ölkəsindən 259 cüdoçu mübarizə aparır.