Cüdo

Azərbaycan yığması Qran-pridə iştirak etməyəcək

Cüdo üzrə Azərbaycan millisi 19-21 noyabr tarixlərində Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirində iştirak etməyəcək.

Cüdo üzrə Azərbaycan millisi Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirində iştirak etməyəcək.

Bu qərar Azərbaycan çempionatının başlaması ilə əlaqələndirilir. Məşqçilər heyəti yenicə start götürən yarışda komandamızın bütün üzvlərinin iştirakını vacib sayıb. Ölkə çempionatı 3 gün davam edəcək.

Qran-pridə 31 ölkənin iştirak gözlənilir.