Cüdo

İlham Zəkiyevin posteri London hava limanında

Cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyevin fotoları əks olunan posterlər İngiltərənin paytaxtı Londondakı "Heathrow" hava limanına vurulacaq.

Dsport.az xəbər verir ki, posterlər hava limanında martın 9-dan nümayiş etdirilməyə başlayacaq.

Qeyd edək ki, 100 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən İlham Zəkiyev həm də 2 qat dünya, 6 qat Avropa çempionu və "Bakı 2015" I Avropa Oyunlarının qalibidi.