Cüdo

Millimizin “Böyük Dəbilqə” üçün heyəti açıqlandı

Gələn ay Fransanın Paris və Almaniyanın Düsseldorf şəhərlərində cüdo üzrə “Böyük Dəbilqə” yarışları keçiriləcək. Dsport.az xəbər verir ki, bu mötəbər turnirlərdə Azərbaycan milli komandası da mübarizə aparacaq.

Baş məşqçi Ruslan Maşurenkonun rəhbərliyi altında cüdoçularımız hazırda Bakı Olimpiya Stadionunda yerləşən təlim-məşq bazasında gələcək beynəlxalq yarışlara hazırlaşırlar.

Ölkəmizi “Böyük Dəbilqə” turnirində Tərlan Kərimov, İlqar Müşkiyev (hər ikisi 66 kq), Fəqan Quluzadə (81 kq), Rüfət İsmayılov, Əbdülhəqq Rəslullu (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Bazarakça Erdenabat (48 kq), Buyankişiq Purevsuren (52 kq), İçinkorlo Munktsedev (57 kq), İrina Kindzerska (+78 kq) təmsil edəcək.