Cüdo

Daha üç çəki dərəcəsində qaliblər müəyyənləşdi

Bakı İdman Sarayında kişilər, qadınar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatı davam edir. Dsport.az xəbər verir ki, yarışın ikinci günündə kişilər arasında üç çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib.

73 kq çəki dərəcəsində Kənan Quluzadə, 81 kq çəki dərəcəsində Fəqan Quluzadə və 90 kq çəki dərəcəsində Əbdülhəqq Rəsullu Azərbaycan çempionu adına layiq görülüblər.

Xatırladaq ki, sabah 100 kq, +100 kq çəki dərəcələrində, eləcə də usta cüdoçuların bütün yaş qruplar və çəki dərəcələrində qalibləri bilinəcək.

Qeyd edək ki, respublika çempionatında 55 klubdan 497 cüdoçu mübarizə aparır. Yarışa dekabrın 28-də yekun vurulacaq.