Cüdo

Paytaxt çempionatında ilk günün qalibləri müəyyənləşdi

Sərhədçi İdman Olimpiya Kompleksində keçirilən kişilər və qadınlar arasında Bakı çempionatında ilk günə yekun vurulub. 

Dsport.az xəbər verir ki, paytaxt birinciliyinin birinci günündə 8 çəki dərəcəsində mübarizə aparan cüdoçular arasında qaliblər müəyyənləşib.

Qadınların yarışında Şəfəq Həmidova (48 kq), Şəfəq Məmmədova (52 kq), Buyankşinq Purevsuren (57 kq), Ülviyə Rəhimli (63 kq), Günel Həsənli (70 kq) və Şəms Hacıyeva (78 kq) fəxri kürsünün ən yüksək pilləsinə yüksəliblər.

Kişilərin mübarizəsində isə Balabəy Ağayev (60kq) və İman Sultanov (66 kq) çempion olub.

Qeyd edək ki, noyabrın 24-də 73 kq, 81 kq, 90 kq, 100 kq və +100 kq çəki dərəcələrində yarışan kişi cüdoçular arasında qaliblər müəyyənləşəcək və bununla da Bakı çempionatına yekun vurulacaq.