Cüdo

Dünya birinciliyində tarix yazan gənc cüdoçularımız Vətəndə

Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında dünya birinciliyində böyük uğura imza atmış cüdoçularımız artıq Vətənə dönüblər. 

Dsport.az xəbər verir ki, mötəbər yarışda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan, kişilərin komanda hesabında birinci olan, ümumi komanda hesabında isə yalnız Yaponiyadan geri qalaraq 2-ci yeri tutan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.   

Qeyd edək ki, 83 ölkədən 590 idmançının mübarizə apardığı dünya birinciliyində Hidayət Heydərov (73 kq), Zelim Kotsoyev (100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kəramət Hüseynov (60 kq) gümüş və Nəzakət Əzizova (52 kq) bürünc medal əldə ediblər.