Cüdo

Millimiz qran priyə bu heyətlə yollanır

Oktyabrın 6-da Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə qran pri turniri start götürəcək. 

Dsport.az xəbər verir ki, 3 gün davam edəcək yarışda Azərbaycanı əsas yığmanın ehtiyat qüvvəsi mübarizə aparacaq.
 
Belə ki, məşqçilər korpusu turnirdə Vüqar Şirinli (60 kq), Orxan Hacıağalı (66 kq), Telman Vəliyev (73 kq), Fəqan Quluzadə (100 kq) və Cəlil Şükürova (+100 kq) şans verməyi qərara alıb.
 
Qran priyə ümumilikdə 29 ölkədən 200 cüdoçu qatılacaq.