Cüdo

Taypeydə daha bir cüdoçumuz medal qazandı

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışları davam edir.

Taypey şəhərində keçirilən tələbələrin Universiadasında cüdo yarışları davam edir. 

Dsport.az xəbər verir ki, çempionatın ikinci günü millimiz aktivinə daha bir medal yazdırıb.

90 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Firudin Dadaşov Universiadanın bürünc medalına sahib olub.

Qeyd edək ki, yarışın ilk günü Zelim Kotsoyev (100 kq) qızıl medal qazanıb.