Cüdo

Azərbaycan Cüdoçuları Qazaxstan Qran-Prisində 3 medal qazandılar

Qazaxstanın Almatı şəhərində keçirilən cüdo üzrə Qran-Pri yarışı Azərbaycan milli komandası üçün uğurlu olub.

Cüdoçularımız beynəlxalq yarışda 3 medal qazanıblar. 

100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov bütün rəqiblərinə qalib gələrək Qazaxstan Qran-Prisinin qızıl medalına sahib olub. 

Ağır çəkidə yarışan cüdoçumuz Uşangi Kokauri yalnız finalda uduzaraq gümüş medal qazanıb. Daha bir cüdoçumuz Məhəmmədəli Mehdiyev (90 kq) Almatı Qran-Prisini bürünc medalla başa vurub. 

Hər üç cüdoçumuz bu uğurlarla Rio olimpiadasına vəsiqə qazanmaq şanslarını yüksəldiblər.