Cüdo

Cüdoçumuz Avropa çempionu oldu

Rio Olimpiadasına lisenziya xarakterli yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. 

Milli komandamız aktivinə daha bir 1 medal yazdırıb. 73 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Rüstəm Orucov ilk qarşılaşmasında litvalı Kestutis Vitkauskasa ipponla qalib gəlib. 

Orucov növbəti rəqibini - çexiyalı Yakub Jesmineki də eyni fəndlə məğlub edib. Cüdoçumuz 1/4 finalda Sloveniya təmsilçisi Rok Draksiç üzərində qələbəyə sevinib. 

Yarımfinalda Rusiya cüdoçusu Denis Yartsevə də qalib gələn Orucov finala yüksəlib. Həlledici qarşılaşmada Olimpiya çempionu, gürcüstanlı Laşa Şavdatuaşvili ilə qarşılaşan Rüstəm bu mübarizədən də qalib ayrılaraq Avropa çempionatnın qızıl medalını qazanıb.

81 kq çəki dərəcəsində mübarizə aparan Əbdülhaqq Rəsullu mübarizəni erkən dayandırıb.

46 ölkədən 394 (229 kişi, 165 qadın) idmançının qatıldığı mötəbər yarışda millimiz 9 kişi və 1 qadın cüdoçu ilə təmsil olunur.