Boks-MMA

Fariz Məmmədovun rəqibi dəyişdi

180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib

Azərbaycanın və “Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov bu gün peşəkar rinqdə növbəti döyüşünü keçirəcək. İdmançımız Ukraynanın paytaxtı Kiyevdə keçirilən “K2 Promotions” turniri çərçivəsində baş tutacaq 11 görüşdən birinin iştirakçısı olacaq. 

Yarımorta çəki dərəcəsində (66,678 kq) çıxış edən Məmmədovun Kiyev İdman Sarayındakı rəqibi isə dəyişib. Boksçu Belarus vətəndaşlığı daşıyan çeçen Xavadji Xatsiqovla qüvvəsini sınamalı olsa da, bu qarşılaşma baş tutmayacaq. Buna səbəb əvvəllər Rusiya bayrağı altında da çıxış etmiş həvəskarlar arasında sabiq Avropa çempionunun Ukraynaya gəlməməsidir. 

Nəticədə təşkilatçılar Məmmədova yerli idmançılar arasında rəqib tapmalı olub. Bu üzdən təmsilçimiz Valentin Kutsla döyüşəcək. Reytinq xarakterli döyüş 8 raunddan ibarət olacaq. 180 sm boya malik 34 yaşlı ukraynalı peşəkar rinqdə 2003-cü ildə debüt edib. 

Bu müddətdə 25 döyüşə çıxan Kuts 8-i nokautla olmaqla, 22 qələbə qazanıb. Kuts 2010-cu ildə peşəkarlar arasında Avropa çempionu titulunu qazansa da, son iki görüşdə rinqi məğlub tərk edib.