Boks-MMA

Millimizin 5 boksçusu beynəlxalq turnirdə

Bu gün Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 

Dsport.az xəbər verir ki, 7 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.