Boks-MMA

Boksçumuz AÇ-yə qələbə ilə başladı

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı davam edir. Dsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycan millisinin üzvü Məryəm Cəbrayılova da mübarizəyə qoşulub.

69 kq çəki dərəcəsində qüvvəsini sınayan təmsilçimiz ilk görüşünü türkiyəli Gülüzar Karaya qarşı keçirib. O, 1/8 final mərhələsi çərçivəsində baş tutan döyüşdə rəqibinə 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib.

Cəbrayılova 1/4 finalda almaniyalı Nadine Apetzlə üz-üzə gələcək. Döyüş iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, 32 ölkədən 146 boksçunun qatıldığı Avropa çempionatı iyunun 12-də başa çatacaq.