Boks-MMA

Boksçumuz AÇ-yə 1/8 finaldan başlayacaq

Bolqarıstanın paytaxtı Sofiyada qadın boksçular arasında Avropa çempionatı start götürüb. Dsport.az xəbər verir ki, iyunun 12-dək davam edəcək yarışa Azərbaycan yığması da qatılıb.

Ölkəmizi çempionatda Məryəm Cəbrayılova təmsil edir. 69 kq çəki dərəcəsində qüvvəsini sınayacaq boksçumuz ilk döyüşünə iyunun 7-də çıxacaq. Birinci görüşdən azad olan idmançımız 1/8 finalda türkiyəli Gülüzar Kara ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkənin 146 boksçusu mübarizə aparır.